Accessibility links

Hillari Klinton: 'Barak Obama gələn ay Türkiyəyə səfər edəcək'


ABŞ dövlət katibi Hillari Klinton deyib ki, prezident Barak Obama gələn ay ərzində Türkiyəyə səfər edəcək.

Xanim Klinton bu bəyanatı bu gün Ankarada Türkiyə liderləri ilə görüşündən sonra səsləndirib.

ABŞ dövlət katibi baş nazir Rəcəb Teyyub Ərdoğanla görüşündə ikitərəfli münasibətlər, İraq, Əfqanıstan, terrorizmlə mübarizə və Yaxın Şərqdə sabitliyin bərqərar edilməsi məsələlərini müzakirə edib.

Artıq xanim Klintonun türkiyəli həmkarı Əli Babacanla da görüşdüyü bildirilir.Türkiyənin həm İsrail həm də ərəb ölkələri ilə əlaqələri sıxdır.

Cümə günü NATO-nun xarici işlər nazirlərinin Brüssel yığıncağında Hillari Klinton demişdi ki, Amerika İsrail-Fələstin sülh prosesinin canlandırılması yollarının müəyyən edilməsinə çalışır. ABŞ dövlət katibi Türkiyədən Əfqanıstandakı hərbi mövcudluğunu artırmasını istəyib.

XS
SM
MD
LG