Accessibility links

Pakistanda bomba partlayışları: Daha 10 nəfər həyatını itirdi


Pakistanın şimal-qərbindəki rəsmilər bildirirlər ki, ölkənin əsas şəhərlərindən olan Pişəvəri yaxınlığında separatçıların atdığı bombalar nəticəsində ən azı 10 nəfər ölüb.

Polisin məlumatına görə, Badaberdə avtomobilə qoyulmuş bomba partlayışında hərbçilər, polis rəsmiləri və yoldan ötən mülki vətəndaş da daxil olmaqla, 8 nəfər həyatını itirib.

Digər iki mülki vətəndaş isə təhlükəsizlik qüvvələrini hədəf alan başqa bir bomba hücumunda qurban gedib.

Bu arada, Pakistan təhlükəsizlik qüvvələri Şimali Vəziristanda ABŞ-a məxsus olduğundan şübhələnilən ekipajsız təyyarə qəzaya uğradığına dair məlumatı araşdırırlar.

XS
SM
MD
LG