Accessibility links

Dərman istehsalçıları birləşir


ABŞ dərman istehsalçıları Merck və Schering- Plough 41 milyard dollar həcmində olan razılaşmada birləşəcəklərini elan ediblər. Schering-Plough-nun səhmdarları hər səhmə görə $10.50 alıb. Həmin bu qiymət cümə günü birjanın qapandığı vaxt müəyyən edilən səhm qiymətlərinə əsaslanır. Nyu Cersi ştatında yerləşən iki şirkət bildirir ki, birləşmiş korporasiyaya Merck-in ali icraçısı Riçard Klark rəhbərlik edəcək. İki şirkət artıq xolesterolla bağlı birgə layihə üzərində işləyirlər. Birləşməni elan edən bəyannamədə deyilir ki, bu sövdələşmə beynəlxalq bazarlarda nüfuzun genişlənməsinə və daha güclü araşdırma imkanlarına şərait yaradacaq.
XS
SM
MD
LG