Accessibility links

Iranda həbsdə olan Amerika jurnalisti ilk dəfə vəkillə görüşüb


Xərbər agentliklərinin açıqladığı məlumatda İranda artıq bir aydan artıqdır ki, həbsdə olan iranlı Amerika jurnalisti Roksana Saberi bu müddət ərzində ilk dəfə vəkillə görüşüb. Fransanın xəbər agentliyi vəkil Əbdülsəməd Xurəmçahiyə istinadən bildirir ki, o, jurnalistlə bazar günü Tehranda məhkəmədə görüşüb. Vəkil jurnalistin normal vəziyyətdə olduğunu deyib. Roksana Saberinin atası Reza Saberi isə Associated Presə bildirib ki, vəkil yaxın zamanda dustaqla görüş təyin ediləcəyini deyib. İran rəsmiləri 31 yaşlı jurnalistin ölkədə sənədsiz, qeyri-qanuni işlədiyinə görə həbs edildiyi və Tehranın Evin məhkəməsində saxlandığını bildirmişdilər.

XS
SM
MD
LG