Accessibility links

Bəşər Əl-Əssəd: `Fələstin məsələsi həll olunmadan Suriya xalqı İsraillə sülhə getməyəcək`


Suriya prezidenti Bəşər Əl-Əssəd Ərəb Əmirliyinin “Əl-Xalec” qəzetinə verdiyi müsahibəsində ölkəsinin İsraillə sülh müqaviləsi imzalaya biləcəyini, lakin bu ölkənin fələstinlilərlə razılığa gəlmədiyi təqdirdə münasibətlərin normallaşmayacağını deyib. O, İsraillə Suriya arasında səfir mübadiləsini təsəvvürünə gətirdiyini qeyd edib, lakin onun sözlərinə görə həqiqi sülhlə sülh razılığı arasında fərq var.Suriya lideri kağız üzərində imzalanan sülh razılığının hələ sərhədlərin açılması, ticarət əlaqələri və sabitlik demək olmadığını deyib. Bəşir Əl-Əssəd Fələstin məsələsi həll olunmadan Suriya xalqının İsraillə sülhə getməyəcəyini bildirib.

XS
SM
MD
LG