Accessibility links

Çin və ABŞ Cənubi Çin dənizindəki insidentə görə biri-birini günahlandırır


Çin və ABŞ Cənubi Çin dənizindəki insidentə görə biri-birini günahlandırır. Amerikanın dəniz donanması 5 Çin gəmisinin beynəlxalq sularda fəaliyyətdə olan ABŞ-ın kəşfiyyat gəmisini mühasirəyə aldığını bildirir. Pekin Amerika gəmisini Çinin xüsusi iqtisadi zonasında fəaliyyət göstərməklə beynəlxalq qanunları pozmaqda ittiham edir.

ABŞ Çinin Hainan adasından 120 km-lik məsəfədə olan gəmisinin təcili olaraq dayanmağa məcbur edildiyini bildirir. Amerika hökuməti Çinin beynəlxalq qanunları pozduğunu deyir. Çinin Xarici İşlər Nazirliyi ABŞ-ın iddialarını qəbuledilməz və səhv adlandırır.

XS
SM
MD
LG