2001-ci il sentyabrın 11-i terror aksiyalarına görə ittiham edilən 5 Quantanamo məhbusu nailiyyətləri ilə fəxr etdiklərini deyiblər. New York Times qəzetinin yazdığına görə, hücumları planlaşdıran Xalid Şeyx Məhəmməd də daxil edilməklə bu 5 şəxs birgə bəyanatlarında hücumların məsuliyyətini üzərinə götürüb və bunun Allah naminə edildiyini deyib. Onlar əməllərini İslam modeli kimi qiymətləndirib və ABŞ-ın ittihamlarını qürur simvolu adlandırıb. Qəzet yazır ki, bəyanat adı açıqlanmayan bir hökumət rəsmisi tərəfindən ictimaiyyətə açıqlanmasına səlahiyyət verilməsə də jurnalistlərə açıqlanıb.