Accessibility links

Pakistan hökuməti ilə qəbilə liderləri arasında razılıq imzalanıb


Pakistanın şimal-qərbindəki qəbilə başçıları ilə hökumət arasında xarici yaraqlılara həmin ərazilərdə sığınacaq verməmək barədə razılıq imzalanıb. Pakistan rəsmiləri və Mamund qəbilə başçılarının imzaladığı 28 hissədən ibarət bu razılıq 6 ay davam etdikdən sonra bir neçə həftə əvvəl hökumət ordusu ilə Taliban yaraqlılarının döyüşlərinin dayandığı Bacaur regionunda imzalanıb. Pakistanın ən böyük qəbiləsi olan Mamundun üzvlərinin əskəriyyəti yerli Taliban üzvləridir. Bu yaxınlarda Pakistan hökuməti ilə Əfqanıstanla sərhəddəki qəbilə liderləri arasında bu kimi razılıq imzalanmışdı. Lakin razılıq tez bir zamanda pozuldu.

XS
SM
MD
LG