Accessibility links

Qırğızıstanda müxalifət lideri həbs edildi


Qırğızıstan rəsmiləri müxalifət liderinə qarşı rəsmən cinayət ittihamı irəli sürüblər. Alikbek Djenşenkulov iki il əvvəl bir türkü güllə ilə qətlə yetirməkdə təqsirləndirilir.

Daxili işlər nazirliyinin rəsmisi deyib ki, müxalifət lideri sözügedən qətl daxil olmaqla, bir neçə cinayətdə ittiham olunur.

Polis onu bazar ertəsi Sərvət Çetinin qətli üzrə ittiham əsasında həbs edib. Hakimiyyətin tənqidçiləri Djenşenkulovun qətlini siyasi xarakterli hesab edir.

Onların fikrincə, müxalifət liderinin həbsi bu il keçiriləcək prezident seçkiləri ilə əlaqədardır.

Djenşenkulov müxalifətçi “Ədalət uğrunda” hərəkatının lideridir. O, Bakiyev hökumətinin aparıcı tənqidçilərindən biridir.

XS
SM
MD
LG