İraqın ali məhkəməsi Səddam Hüseyn hakimiyyəti dövründə baş nazir müavini olmuş Tariq Əzizin bəşəriyyətə qarşı cinayət ittihamı ilə 15 il müddətinə azadlıqdan məhrum edilməsi barədə hökm çıxarıb. Bu gün çıxarılan hökmdə Tariq Əziz 1992-ci ildə onlarla Bağdad ticarətçisinin asılmasında əli olmaqda günahkar bilinir. Məhkəmə Səddam Hüseynin ögey qardaşları - Vathan İbrahim Əl- Həsəni və Sabavi İbrahim Əl-Həsəni eyni ittihamla ölüm cəzasına məhkum edib. Kimyəvi Əli kimi tanınan Əli Həsən Əl-Məcid isə 1980-ci illərdə İraq kürdlərinin kimyəvi qazdan istifadə etməklə qətlə yetirilməsində əli olduğu üçün 15 il müddətinə azadlıqdan məhrum edilib.