Accessibility links

Barak Obama Sudanın Darfur regionunda humanitar vəziyyətin getdikcə ağırlaşdığını deyib


ABŞ prezidenti Barak Obama Sudanın Darfur regionunda humanitar vəziyyətin getdikcə ağırlaşdığını deyib. Vəziyyət prezident Ömər Əl- Bəşirin humanitar yardım qruplarının ölkədən çıxarılması göstəriş verməsi iə durum daha da ciddiləşib. Mövzu ABŞ prezidenti Barak Obama və BMT-nin baş katibi Pan Gi Munla Ağ Ev müzakirələrində əsas yer tutmuşdu.

Ötən həftə Sudan prezidenti 13 xarici yardım agentliyini ölkədən kənar etmişdi. Bu, Ömər Əl- Bəşirin beynəlxalq Haaqa tribunalının onun həbsinə dair hökm çıxarmasından sonra həyata keçirilib. ABŞ prezidenti Barak Obama Amerikanın BMT ilə əməkdaşlıq etməklə Darfur böhranının həllinə və Sudanın davamlı sülh və sabitlik yolunda irəliləməsinə yardım edəcəyinə vəd verib. BMT Sudan münaqişəsinin 200000 insan tələfatı və 2.5 milyon adamın didərgin düşməsinə səbəb olduğunu bildirir.

XS
SM
MD
LG