Accessibility links

ABŞ-da bir neçə qanunverici prezident Obamanı 1915-ci il hadisələrini genosid adlandırmağa çağırıb


1915-ci ildə ermənilərin Osmanlı İmperiyası tərəfindən öldürülməsi hadisələrinin genosid adlandırılması istiqamətində addımların Türkiyəni qəzəbləndirəcəyi barədə xəbərdarlıqlara baxmayaraq ABŞ-ın bir neçə qanunvericisi Prezident Obamaya ünvanladıqları məktubda onu genosid sözünü işlətməyə çağırıblar. Prezident Obama seçki kampaniyası zamanı 1915-23-cü illər arasında baş verən hadisələri genosid adlandıracağı barədə bir neçə dəfə söz verib. Prezidentlik üçün seçki kampaniyası zamanı Dövlət Katibi Hillari Klinton da genosid iddialarını dəsdəkləmişdi.


Türkiyə genosid iddialarını rədd edərək həmin illərdə öldürülən ermənilərin sayının şişirdildiyini, Birinci Dünya Müharibəsi zamanı və müharibədən sonrakı illərdə çoxlu türkün də həyatını itirdiyini deyir.

XS
SM
MD
LG