Accessibility links

NATO-nun Baş katibi alyansın genişləndirilməsinin zərurətdən irəli gəldiyini deyir


NATO-nun Baş katibi Yaap de Hup Şeffer deyib ki, alyansın genişlənməsi Avropada sabitliyin təmin edilməsi üçün zəriri olaraq qalır. O qeyd edib ki, NATO-nun qapıları gələcək üzvlər üçü açıqdır. De Hup Şeffer bu gün Budapeştdə Polşa, Çex Respublikası və Macarıstanın alyansa qəbul edilməsinin 10 illiyi münasibətilə keçirilən tədbirdə danışıb. NATO-nun Baş katibi deyib ki, hazırkı sınaqlara Əfqanıstanda sabitlik, Avropada enerji təhlükəsizliyi, internetdə cinayətkarlıq daxildir. O deyib ki, NATO alyansın genişlənməsinin, habelə ABŞ-ın Polşa və Çex Respiblikasında raketlərdən müdafiə sistemi yerləşdirmək planlarının əleyhinə olan Rusiya ilə münasibətləri yaxşılaşdırmalıdır. NATO keçən il Rusiyanın Gürcüstana müdaxiləsini kəskin qınamışdı.

XS
SM
MD
LG