ABŞ prezidenti Barak Obamanın
bu gün Çinin xarici işlər naziri Yanq Cieçi ilə Ağ Evdə görüşəcəyi gözlənilir.
Görüş zamanı iki ölkə arasında gəmi mübahisəsinin azaldılması səyləri ilə
yanaşı, danışıqların diqqət mərkəzində qlobal iqtisadiyyatın stabilləşdirilməsi
məsələsinin olacağı planlaşdırılır. Ağ Ev sözçüsü Robert Qibbsin sözlərinə görə,
insident barədə fikir mübadiləsinin aparılacağına baxmayaraq, bu mövzu əsas
diqqət mərkəzində olmayacaq. ABŞ
rəsmilərinin bildirdiyinə görə Cənubi Çin dənizində Çin gəmiləri ABŞ
Donanmasının kəşfiyyat gəmisini təqib ediblər.
Pekin bu gəminin casusluqla məşğul olduğunu iddia edir.