Accessibility links

Rusiya Qəbələ radiolokasiya stansiyasından istifadəni davam etdirmək istəyir


Rusiya Azərbaycandakı radar stansiyasından istifadə barədə sazişi uzatmaq istəyir. Bu gün Bakıda açıqlama verən Rusiya xarici işlər naziri Serqey Lavrov Moskvanın 2012-ci ildən sonra da Qəbələ radiolokasiyasından istifadəni davamı etdirmək istəyini dilə gətirib. Lavrovun azərbaycanlı həmkarı Elmar Məmmədyarov isə deyib ki, rəsmi Bakı müqavilənin uzadılmasını hələ nəzərdən keçirmir və obyekti üçüncü ölkəyə icarəyə vermək məramı yoxdur. Keçən il Rusiya ABŞ-a Qəbələ radar stansiyasından birgə istifadəni təklif etmişdi. Ancaq Buş administrasiyası bu qurğunu köhnə saydığından müsbət cavab verməmişdi.

Elmar Məmmədyarovlar Serqey Lavrovun görüşündən sonra Rusiya xarici işlər nazirini Azərbaycan prezidenti İlham Əliyev qəbul edib.
XS
SM
MD
LG