Accessibility links

Obama administrasiyası Əfqanıstanla bağlı yeni plan hazırlayır


New York Times qəzeti yazır ki, Prezident Obamanın Əfqanıstan üzrə yeni strategiyası yaraqlıları taliban və Əl-Qaidədən ayrılmağa sövq etməyə çalışacaq. Qəzet qeyd edib ki, bu, Barak Obamanın yeni planının bir hissəsidir. Bu plan Birləşmiş Ştatların regiondasiyasəti ətraflı müzakirə edildikdən sonra tərtib edilib. Times həmçinin yazır ki, Obama idarəsi planda Pakistana hərbi və maliyyə yardımının artırılmasını nəzərdə tutub. Prezident Obamanın strategiya planını gələn həftə açıqlayacağı gözlənilir.
XS
SM
MD
LG