Accessibility links

İran Dağlıq Qarabağ münaqişəsinin nizamlanması səylərinə kömək etməyə hazır olduğunu bildirir


İranın Xarici işlər naziri Mənuçehr Möttəki İranın Azərbaycan- Ermənistan Dağlıq Qarabağ münaqişəsinin həllinə yardım etməyə hazır olduğunu bəyan edib. Mənuçehr Möttəki bu bəyanatı Yerevanda Ermənistan Xarici işlər naziri Edvard Nalbandyanla danışıqlardan sonra verib. İran Xarici işlər naziri bundan öncə problemi Tehranda İqtisadi Əməkdaşlıq təşkilatının sammiti çərçivəsində Azərbaycan Xarici işlər naziri Elmar Məmmədyarovla müzakirə etdiyini deyib. Mənuçehr Möttəki münaqişənin dinc yolla həllinin vacibliyini vurğulayıb.


XS
SM
MD
LG