Accessibility links

Qlobal iyirmilik iqtisadi böhranı müzakirə edir


Dünyanın aparıcı dövlətlərinin iqtisadi liderləri London yaxınlığında bir araya gələrək qlobal iqtisadi böhrandan çıxış yollarını müzakirə edirlər. İyirmiliyin maliyyə nazirləri və mərkəzi bank direktorları Cümə günü təkbətək görüşlərdən sonra bu gün dəyirmi masa arxasında diskussiyalar aparırlar. ABŞ və Avropa liderləri hökumətin iqtisadiyyatı stimullaşdırması və yaxud maliyyə bazarlarına nəzarətin sərtləşdirilməsi ilə bağlı fikir ayrılığına malikdir. ABŞ koordinasiyalı şəkildə stimul səylərini və vergi endirimlərini təbliğ edir. Lakin Avropa liderləri maliyyə sistemində islahatlar aparmağa çalışır, banklar və maliyyə fondları ilə bağlı qaydaları sərtləşdirməyə üstünlük verirlər.
XS
SM
MD
LG