Çin
təhlükəsizlik qüvvələri və polisi Çin əleyhinə zorakı etiraz aksiyasının ilk
ildönümündə Tibet ətrafındakı bütün yoxlama məntəqələrində nəzarəti gücləndirib.
Mərkəzi Honq-Konqda yerləşən qəzet yazır
ki, Çin rəsmiləri qapı-qapı gəzib şübhəliləri araşdırır. Tibetin kommunist partiyasının baş katibi Canq
Qinqli qoşunları Dalay Lamanın qarşısını almağa çağırıb. Mühacirətdə olan dini
lider Dalay Lamanın qayıtmasına çağıran 4 günlük etiraz aksiyası keçən il
martın 14-də zorakı nümayişə çevrilmişdi. Çin qoşunları nümayişçilərə hücum
etmiş və 20 nəfəri öldürdüyünü bildirmişdi. Ancaq insan haqları qrupları azı
200 tibetlinin qətlə yetirildiyini deyir.