Accessibility links

Barak Obama: ’Dünya Amerikaya investisiya qoyuluşuna tam şəkildə əmin ola bilər’


ABŞ prezidenti Barak Obama bildirir ki, dünya Amerikaya investisiya qoyuluşuna tam şəkildə əmin ola bilər. President Obama Avropa ölkələrinin onun təklif etdiyi stimullaşdırma paketi ilə razılaşmadığına dair iddiaları rədd edib. ABŞ prezidenti bunların son günlər ərzində xəbər aləmində yayılan yanlış məlumat olduğunu deyib.

Barak Obama Çinin baş nazirinin Amerika investisiya qoyuluşlarına dair narahatlığından danışarkən deyib ki, təkcə Çin hökuməti deyil, dünyanın bütün investorları ABŞ-a sərmayə qoyuluşundan əmin olmalıdır. "Bu təkcə hökumət deyil, özəl sector, ticarət və sənaye sahələrini də əhatə edir"-deyə president bildirib.

ABŞ hökumətinin Amerikanın ən böyük kreditoru olan Çinə 1 trilliona yaxın borçu var. ABŞ prezidenti Barak Obama deyib ki, iqtisadi böhrana baxmayaraq, Amerikaya yatırımların sayı artıb. Barak Obama maliyyə sənayesində qaydaların ciddiləşdirilməsinin Böyük İyirmiliyin London sammiti zamanı önə çəkəcəyi əsas məsələ olacağını bəyan edib.

XS
SM
MD
LG