Accessibility links

Israilin iki nümayəndəsi Misirdədir


İsrailin iki yüksək vəzifəli rəsmisi-Daxili Kəfiyyat İdarəsinin rəhbəri Yuval Diskin və xüsusi nümayəndəsi Ofer Dekel 3 il əvvəl Həmas yaraqlıları tərəfindən girov götürülən əsgər Gilad Şalitin azad edilməsi səyləri çərçivəsində Misirə səfər edib. Əsgərin azad edilməsi Misirin vasitəçili ilə İsraillə Həmas arasında davamlı atəşkəs əldə edilməsində mühüm məsələyə çevrilib. Həmas əsgərin azad edilməsi müqabilində İsrail tərəfindən yüzlərlə fələstinli məhbusun azad edilməsini tələb edir. Həmasın sözçüsünü bildirdiyinə görə, məhbusların mübadiləsi məsələsində heç bir yeni inkişaf əldə edilməyib.

Avropa Birliyinin yüksək vəzifəli rəsmiləri Brüsseldə Misir və Fələstinin xarici işlər nazirləri ilə Yaxın Şərqdəki son inkişafları müzakirə edib.

XS
SM
MD
LG