Accessibility links

Pakistan hökuməti baş prokuroru vəzifəsinə qaytardı


Pakistan hökuməti dünən Ali Məhkəmənin sabiq baş prokuroru İftixar Məhəmməd Çoudrinin yenidən işinə bərpası barədə rəsmi bəyanat açıqladı. Bu addım son günlər baş prokurorun və işdən azad edilən digər 10 nəfərin iş yerlərinə qaytarılması barədə keçirilən etiraz aksiyalarından sonra atılıb. Siyasətin və hərbi liderlərin dominantlıq etdiyi bu ölkədə, İftixar Məhəmməd Çoudrinin nə siyasətlə, nə də hərbçilərlə heç bir əlaqəsi yoxdur. Baş prokuror özünün geniş məhkəmə fəaliyyətləri ilə tanınır. O,on illərdir ki, ölkədəki narkotik maddələrlə bağlı məhkəmənin proseslərindəki zəif fəaliyyətini gücləndirib. Cənab Çoudri eləcə də, terrorçuluqla əlaqəsi olunmasına inanılan itkin düşən insanların axtarılmasını gücləndirib. Bütün bunlarla yanaşı, 60 yaşlı prokuror İftixar Məhəmməıd Çoudri sabir prezident Pərviz Müşərrəfə qarşı mübarizə aparanlardan biri kimi tanınır. Çoudrinin başçılıq edtiyi 60 nəfərdən ibarət məhkəmə hələ 2007-ci ildə Müşərrəfin prezidentliyə namizədliyini rədd etmişdi.


XS
SM
MD
LG