Accessibility links

İlqar Məmmədov: Referendum beynəlxalq standardlara ziddir


Respublikaçı Alternativ Birliyinin sədri İlqar Məmmədov Amerikanın Səsinə müsahibədə Azərbaycanda keçiriləcək referenduma şərh verib. Politoloqun sözlərinə görə referendumun tələskənliklə keçirilməsinə səbəb 2013-cü ildə baş verə biləcək mümkün hakimiyyət-daxili parçalanmaların qarşısını almaqdır. Prezidentlik dönəminə qoyulan məhdudiyyət hakim Yeni Azərbaycan Partiyasında növbəti prezidentin kimliyi haqda suallara yol aça bilərdi və belə olan şəraitdə hakimiyyət daxilində siyasi sabitlik risk qarşısında qalardı. Məhz bu səbəbdən İlham Əliyev 2008-ci ilin oktyabrında yenidən prezident seçildikdən sonra ictimaiyyətə mesaj göndərmək istəyir ki, o, hələ uzun müddət hakimiyyətdə qalacaq.

Referendumun hüquqi aspektlərinə gəldikdə İlqar Məmmədov səsvermənin beynəlxalq standardlara zidd olduğunu bildirib. Onun fikrincə konstitutsiyada dəyişiklik ölkənin siyasi həyatında mühüm hadisədir. O biri tərəfdən əsas qanuna ediləcək dəyişikliklər üzərində kifayət qədər debat olmayıb. Bundan əlavə ölkədə mövcud olan siyasi atmosfer, azad sözə basqılar, və toplaşma azadlığının mövcud olmaması referendumun demokratikliyini ciddi şübhə altına alır. İlqar Məmmədov Azərbaycanda vətəndaşların ümumilikdə seçkilərə çox maraq göstərmədəyini önə çəkərək, referendumda da çoxsaylı adamların iştirak etməyəcəyini güman edir. O, əlavə edib ki, referendumdan sonra ölkədə siyasi vəziyyət daha da kəskinləşəcək və demokratik normalar basqılarla üzləşəcək.
XS
SM
MD
LG