Dmitri Medvedev NATO-nun Rusiya sərhədlərinə qədər genişlənmə səyləri qarşılığında Rusiyanın daha geniş miqyasda silahlanacağını deyir.Bu gün Moskvada ordu rəsmiləri ilə görüşən Rusiya prezidenti deyib ki, 2011-ci ildə başlayacaq yenidən silahlanma əsasən strateji nüvə silahları üzərində mərkəzləşəcək. Dmitri Medvedev hazırkı iqtisadi böhrana baxmayaraq, Rusiyanın bunun üçün resurslara malik olduğunu deyib.
Rusiya Buş administrasiyasının Ukrayna və Gürcüstanın NATO-ya üzvlük cəhdlərini milli təhlükəsizliyinə hədə hesab edirdi. Moskva bundan əlavəABŞ-ın Polşa və Çex Respublikasında raket əleyhinə müdafiə sistemi yerləşdirilməsi planının da eyni şəkildə hədə törətdiyini bildirib.