Accessibility links

Qordon Braun İrana beynəlxalq yardım təklif edib


Böyük Britaniyanın baş naziri Qordon Braun İranın mülki atom enerjisi sənayesini inkişaf etdirmək üçün beynəlxalq yardım təklifini bir daha irəli sürüb. Bunun əvəzində Tehran uran zənginləşdirməsi proqramına son qoymalıdır. Beynəlxalq konfransda açıqlama verən cənab Braun deyib ki, Tehranın zənginləşdirmə proqramından əl çəkməməsi üzündən İranın məxfi nüvə proqramı böyük təhlükəyə çevrilir. Ancaq o, habelə dünyanın qeyri-nüvə ölkələrinə enerji ehtiyaclarını ödəməkdə kömək etməli olduğunu deyib. ABŞ, Böyük Britaniya və başqa Qərb ölkələri İranı nüvə silahı hazırlamaq cəhdində ittiham edir. Tehran isə nüvə ambisiyalarının dinc məqsəd daşıdığını bildirir.
XS
SM
MD
LG