Accessibility links

Prezident Obama tənqidçilərini yeni təkliflər verməyə çağırır


ABŞ prezidenti Barak Obama onun büdcə planını tənqid edənləri imtahana çəkərək onları daha konstruktiv alternavitlər verməyə çağırıb. Cənab Obama deyib ki, indi ölkənin siyasi debatlar deyil, yaxşı ideyalara ehtiycaı var. Prezidentin 3,6 milyard dollarlıq planı müxalif respublikaçıların tənqidlərinə səbəb olub. Respublikaçılar planın büdcə çatışmazlığını artıracağını, xərləri yüksəldəcəyini və daha artıq borclara gətirib çıxaracağını bildirirlər. Prezident Obama bu gün Ağ Evdə Senat və Nümayəndələr Palatasında büdcə komitələrinə rəhbərlik edən demokratlarla görüşdən sonra danışıb. Cənab Obama bildirib ki, iqtisadiyyatın yaxın zamanda yoluna qoymaq çox vacibdir. Onun sözlərinə görə, uzun müddət üçünsə tibbi xərclərin azaldılması, enerji təchizatının yaxşılaşdırılması və təhsili gücləndirmək üçün investisiyaların artırılması lazımdır.

XS
SM
MD
LG