Accessibility links

Soyqırım barədə Nümayəndələr Palatasına qanun layihəsi verilib


Bir qrup Amerika qanunvericisi Nümayəndələr Palatasına Osmanlı İmperiyasının son dövründə ermənilərin öldürülməsi hadisələrinin erməni soyqırımı kimi adlandırılımasını nəzərdə tutan qanun layihəsi irəli sürüb. Belə bir tədbir ABŞ-Türkiyə münasibətlərini mürəkkəbləşdirə bilər.

Demokratlar partiyasının Kaliforniyadan olan konqresmeni Adam Şiff Birləşmiş Ştatların bu barədə hərəkətə keçmək üçün mənəvi öhdəlik daşıdığını bildirib. Cənab Şiffin təbirincə, soyqırımının inkarında iştirak heç vaxt ABŞ-ın milli maraqlarına xidmət etməyib.

Təhlilçilərin fikrincə, bu qətnamə layihəsi prezident Barak Obamanın Yaxın Şərqdə sülh və İranın nüvə siyasəti kimi bəzi xarici siyasət məsələlrində Türkiyənin yardımını əldə etmək cəhdlərinə xələl gətirə bilər. Gələn ayın əvvəllərində prezident Obamanın Ankaraya səfəri nəzərdə tutulub.

Los Angeles Taymsın dünənki, nömrəsində yazılıb ki, administrasiya Türkiyə ilə Ermənistan arasındakı əlaqələrin inkişafına işarə edərək, prezidentin bu barədə bəyanat verməsini təxirə salmağı nəzərdən keçirirlər. Prezident Obama seçki kampaniyası zamanı erməni soyqırımını tanıyacağını dəfələrlə elan edib.

XS
SM
MD
LG