NATO-nun baş katibi Yap De Hup Şheffer gələn il Əfqanıstanda keçiriləcək seçkilərin təhlükəsizliyi üçün əlavə qüvvələrə ehtiyac olduğunu bildirib. Cənab Şheffer bunu Əfqanıstanın paytaxtı Kabildə prezident Həmid Karzayla görüşündən sonra deyib. NATO-nun baş katibi Beynəlxalq Təhlükəsizliyə Yardın Qüvvələrinin mülki vətəndaşlar arasında tələfata yol verilməməsi üçün bütün mümkün vasitələrdən istifadə edəcəyini bildirib. Əfqanıstanın dövlət başçısı xalqına gələcəyə ümid gətirəcəyinə vəd verib. O deyib ki, Əfqanıstan hələ də qeyri-sabit bir ölkədir və o, bir prezident kimi ölkəsinin sabitliyə doğru irəliləməsini təminat altına alacaq. Avqust seçkilərində iştirak edəcəyini bəyan edən Həmid Karzay ABŞ və beynəlxalq ictimayyətin digər üzvlərinə indiyədək Əfqanıstana göstərdikləri yardıma görə təşəkkürünü bildirib.
Obama administrasiyası hazırda diqqəti İraqdan yayındıraraq Əfqanıstan yönəldib. Bundan əlavə Barak Obama Amerikanın regiondakı strategiyasının araşdırılmasına göstəriş verib. Araşdırmaların nəticəsi cari ayın sonunda açıqlanacaq. Talibanın hücumları və xarici işğal Əfqanıstanın prezident seçkilərinin əsas məsələləridir.