Accessibility links

İspaniya 600 əsgərdən ibarət qüvvəsini Kosovodan çıxarır


ABŞ İspaniyanın gələn bir neçə ay ərzində 600 əsgərdən ibarət qüvvəsini Kosovodan çıxarmaq qərarını təəccüb və təəssüf hissi ilə qarşıladığını bildirir. Dövlət Departamentinin sözçüsü Robert Vudun bildirdiyinə görə, NATO müttəfiqləri 1999-cu ildə Kosovoya birgə daxil olub,oradan birgə çıxacaqları barədə razılıq əldə etmişdi. İspaniyanın müdafiə naziri Karme Çakon missiyanın başa çatdığını deyərək, qüvvələrin çıxarılacağını dünən bəyan edib. Bu gün isə İspaniyanın baş naziri Hose Luiz Rodrigez Zapatero Kosovoda vəziyyətin stabil olduğunu deyib. O bildirib ki, Kosovonun müstəqillik əldə etməsindən sonra bu missiya mənasını itirib.

XS
SM
MD
LG