Accessibility links

Mərkəzi Kəşfiyyat agentliyinin direktoru Pakistana səfər edib


ABŞ-ın Mərkəzi Kəşfiyyat agentliyinin direktoru Leon Panetta Hindistana səfərini başa vurduqdan sonra Pakistana gəlib. Onun Pakistanın Daxili İşlər naziri Rəhman Məlik və digər yüksək səviyyəli rəsmilərlə görüşəcəyi gözlənilir. Danışıqlar zamanı regionda islamçı yaraqlıların artmaqda olan fəaliyyətinə qarşı atılmalı addımlar müzakirə ediləcək. Pakistan ölkənin qəbilələrin yaşadığı ərazilərdə mənzillənən yaraqlılardan təmizlənməsi məsələsi ilə bağlı beynəlxalq təzyiqlərə məruz qalır. ABŞ kəşfiyyat orqanlarının rəsmiləri bildirirrlər ki, buradakı yaraqlılar Əfqanıstanda ABŞ və müttəfiq ölkələrin əsgərlərinə qarşı hücumlar təşkil etmək işində Əl-Qaidə ilə əlbir hərəkət edir.

XS
SM
MD
LG