Accessibility links

11-ci Pançen Lama Çin Kommunist Partiyasına inanır


Tibetin Çin hökuməti tərəfindən seçilmiş ikinci ruhani lideri Kommunist Partiyasının Tibet xalqını rifah və xoşbəxtliyə aparacağına inamını ifadə edib.

Rəsmi Şinhua xəbər agentliyinin məlumatına görə, 11-ci Pançen Lama kimi ilə tanınan Gyanltsen Norbu Çin Kommunist Partiyasının Tibeti daha yaxşı gələcəyə aparacağını bildirib.

Bu ayın əvvəlində Pançen Lama Çin Kommunist Partiyasını Tibeti feodal əsarətdən xilas etməsinə görə tərifləmişdi.

Bu gün isə Pekində jurnalistlərlə söhbətində dini lider deyib ki, Tibet əhli onun təbirincə “rifaha və xoşbəxt həyata” ümid bəsləməlidir.

XS
SM
MD
LG