Accessibility links

Polşa ABŞ-ı Avropada rakedən müdafiə sistemi quraşdırmaqdan daşınmamağa çağırır


Polşa ABŞ prezidenti Barak Obamanın bu ölkə ərazisində rakedən müdafiə sistemi quraşdırmaq planından vaç keçməyəcəyinə ümid edir.

Polşanın xarici işlər naziri Radoslav Sikorski deyir ki, ölkəsi onun təbirincə, siyasi riskləri gözə alaraq, sabiq prezidenti Corc Buşun raket əleyhinə müdafiə planlarını dəstəkləyib.

Cənab Sikorski fikirlərini bu gün Brüsseldə səsləndirib.

ABŞ İran və Şimali Koreyadan potensial nüvə hücumlarına cavab olaraq, Polşada raket tutan qurğu, Çexiyada isə müdafiə radarı quraşdırmağı planlaşdırırdı.

Rusiya Vaşinqtonun bu planına qarşı çıxır və onu özünə qarşı hədə hesab edir.

XS
SM
MD
LG