Türkiyə
prezidenti Abdulla Gül Iraqın prezidenti ilə görüşüb. O, son 33 ildə Türkiyənin İraqa səfər edən
ilk dövlət başçısıdır. Cənab Gül bu gün İraqlı
həmkarları Cəlal Talabani ilə görüşüb.O sabah Nuri Əl Maliki ilə görüşməyi
planlaşdırır. Onların İraqın şimalındakı kürd yaraqlılar məsələsi də daxil olmaqla bir
sıra regional məsələləri müzakirə edəcəyi gözlənilir. PKK kimi tanına Kürdüstan
Fəhlə partiyası 30 ilə yaxındır ki, Türkiyənin cənub-şərqində muxtariyyət
uğrunda mübarizə aparır. Cənab Talabani mart ayında Türkiyə hərbi
qüvvələrinin İraqın şimalındakı kürd yaraqlılara qarşı hücumlarını azaltması
səyləri ilə Ankaraya səfər etmişdi. O Bağdadda Güllə bir yerdə keçirdiyi mətbuat konfransı zamanı görüşü zamanı PKK-nın İraq ərazisindən Türkiyəyə hücumlarının qarşısının alınması üçün İraq hökumətinin əlindən gələcəyini bildirib və bunun qarşılığında Türkiyədən bu ölkədəki kürdlərə daha geniş azadlıqlar verilməsini xahiş edib.