Accessibility links

Boris Nemtsovun üzünə kimyəvi maddə səpiblər


Cinayətkarlar 2014-cü il Qış Olimpiya oyunlarına ev sahibliyi edəcək Soçi şəhərinə mer seçilmək uğrundan mübarizə aparan Kreml tənqidçisinin üzünə kimyəvi maddə səpiblər. Boris Nemtsovun sözçüsü Olqa Şorinanın sözlərinə görə, 3 naməlum şəxs müxalif namizədə bu gün kampaniya qərargahının qarşısında hücum edib. O, deyir ki, Nemtsov ammon xlorun iyisini hiss edəndə ona qarşı hücumu müəyyənləşdirib. Namizədə ciddi xəsarət dəyməyib. Cinayətkarların həbs olunması barədə də heç bir məlumat yoxdur. Bu gün Rusiya prezidenti Dmitri Medvedyevə açıq məktub göndərən Nemtsov Soçinin fiziki olaraq Qış Olimpiya Oyunlarına hazır olmadğını bildirib.
XS
SM
MD
LG