Yerli
mənbələrın yaydığı məlumata görə, martın 20-də siyasi məhbusların yaxınları, “Tehkim-e
Vəhdət” Tələbə Birliyinin Mərkəzi Şurasının üzvləri və bir sıra tanınmış fəallar “Evin” həbsxanasının önünə toplaşaraq,
həbsdə saxlanılan siyasi məhbuslara dəstək olaraq orada bayram süfrəsi açmaq və
Novruz xonçası qurmağa cəhd ediblər.
Təhlükəsizlik qüvvələrinin toplantıya hücüm etdiyi və tədbir iştirakçılarına qarşı ağır təzyiqlər göstərdiyi bildirilir. Yayılan məlumatlara görə, aksiya iştirakçılarından bir neçə nəfər saxlanılıb. Bahre Hidayət, Mehdi Ərəbşahi, Milad Əsədi və onun atası, Səid Feyzullah, Məhəmməd Məliki, siyasi məhbus Nəriman Müstəfəvinin anasının həbs olunanlar arasında olduqları bildirilir.
Bundan başqa, Tehran polisi həm də aksiyaya qatılanların şəxsi avtomobillərinin nömrələrinin açaraq götürüb. Bəzi iştirakçıların mobil telefonları müsadirə edilib. Həbs olunanların vəziyəti ilə maraqlanmaq üçün Tehranın Təhlükəsizlik polisinə müraciət edən “Tehkim-e Vəhdət” Tələbə Birliyinin Mərkəzi Şurasının üzvləri Fərid Haçimi və Fərid Əminnəzəri həbs olunublar.Həbs olunanların harada saxlandıqları haqda məlumat verilmir.