Ərdəbildəki mənbələrin
yaydığı məlumata görə, tanınmış hərəkatçı Abbas Lisaniyə qarşı təzyiqlər davam
edir. Həmin mənbələr bildirir ki,
Ərdəbil Əyalətinin “Təmin Şurası” (qeydiyyat idarəsi) Abbas Lisaninin iş yeri
ilə bağlı qərar qəbul edib.
Ərdəbilin “Təmin
Şurası”nının qərarına əsasən, Ərdəbilli fəal ailəsinin yeganə dolanışıq mənbəyi
olan mağazasının ya bağlanmasını qəbul etməli, ya da mağazanın Azərbaycanca adını
dəyişdirməlidir.
“Çənlibel” adlanan iş yerinin adını təcili
dəyişdirməsi barədə cənab Lisaniyə iki gün öncə açıq xəbərdarlıq edilib. Cənab
Lisani isə hökumət orqanlarının təzyiqlərinə müqavimət göstərəcəyini və
hər-hansı Fars adlardan istifadə etməyəcəyini bildirir.
Bir müddət öncə, Ərdəbilin İslam İnqılabı Məhkəməsi 5 azərbaycanlı fəalı "Çənlibel" adlı qanunsuz təşkilata üzvlükdə ittiham edərək 5 il müddətinə azadlıqdan məhrum etmə cəzalarına məhkum edib. Məhkəmənin iddiasına görə, həmin təşkilata cənab Lisani şəxsən başçılıq edib. Həbs edilən hərəkatçılar isə iddiaların əsassız olduğunu vurğulayır və ümumiyyətlə "Çənlibel" adlı hər-hansı bir təşkilatın mövcud olmadığını bildirirlər. Abbas Lisani azərbaycanlıların milli-mədəni hüquqlarının müdafiəsi ilə bağlı fəaliyyətlərinə görə Ettelaat tərəfindən bir neçə dəfə həbs olunub. O, yaşadığı yurdundan minlərlə kilometr uzaqda, İranın mərkəzində yerləşən Yəzd şəhər həbsxanasında 30 aylıq həbs cəzasını yenicə başa vurub.
Son zamanlar İran Azərbaycanının müxtəlif şəhərlərində xüsusilə Təbriz, Urmiyə, Zəncan və Ərdəbildə Azərbaycanca adlara və reklam yazılarına qarşı ciddi təzyiq dalğası başlayıb. Minlərlə şirkət, müəssisə, dükan və mağaza adları farscaya dəyişdirmək və ya bağlanmaq təhlükəsi ilə üzləşib.