Accessibility links

ABŞ prezidenti İranla problemlərin həlli prosesinin davamlı olacağına inanır


ABŞ prezidenti Barak Obama ötən həftə ölkələr arasında münasibətlərə yeni başlanğıc verilməsinə dair çağırışlarından sonra İranla problemlərin həlli prosesinin davamlı olacağına inandığını deyib. Lakin prezident eyni zamanda dəyişikliklərin bir gün ərzində baş verməyəcəyini bildirib. O deyib ki, İrandan dərhal nüvə silahları proqramını dayandıracağı və ya terrrozimə dəstəyinə son qoyacağını gözləmir.

Keçən həftə ABŞ prezidenti Barak Obama Amerikanın tərəfdaşlıq və ticarət sahələrində İranla əlaqələrə yeni başlanğıc verilməsini istədiyini demişdi. Novruz bayramı münasibəti ilə video müraciətində prezident İran liderlərinə üz tutaraq, ciddi fikir ayrılıqlarına baxmayaraq, administrasiyasının İran və beynəlxalq ictimaiyyətlə diplomatiya və konstruktiv əlaqələr yaradılması səylərini davam etdirmək əzmində olduğunu bildirmişdi. Barak Obama demişdi ki, münasibətlər təhdidlər deyil, səmimiyyət və qarşılıqlı ehtirama əsaslanmalıdır.

İranın ali ruhani rəhbəri Ayətulla Əli Xameneyi Amerikanın İranla bağlı siyasətində köklü dəyişiklik etməli olduğunu deyib. Ayətulla ABŞ dəyişərsə, İranın da dəyişəcəyini bildirib.

XS
SM
MD
LG