Accessibility links

Amnesty International: 'ABŞ-da mühacirlərin hüquqları pozulur'


Beynəlxalq insan haqları qrupu Amerikanı on minlərlə mühacirin hüquqlarını pozmaqda ittiham edib. “Amnesty International” bildirir ki, son 12 ildə mühacirlərin gündəlik nəzarət altına alınması halları 3 dəfə artıb. Bu gün açıqlanan hesabatda qrup ABŞ-i çoxsaylı insanın saxlanmasının qanununiliyinə dair dinləmələr keçirməməkdə günahlandırır. Birləşmiş Ştatları tənqid edən hesabatda habelə deyilir ki, qanuni prosesin çətinliyinə görə çoxsaylı mühacir departasiya tələb edilmədiyi halda belə departasiya olunmalarını istəyirlər. “Amnesty International”-ın ABŞ üzrə icraçı direktoru Larri Koksun sözlərinə görə, Amerika insan haqlarının kütləvi şəkildə tapdalanması ilə bağlı ölçülər götürməlidir.
XS
SM
MD
LG