Accessibility links

Türkiyə ilə İraq arasında müxtəlif sahələri əhatə edən razılıqlar imzalanıb


Türkiyənin dövlət mediasının bildirdiyinə görə, Türkiyə İraqla ticarət həcminin 20 milyard dollara çatdırılması barədə razılıq imzalayıb. Anadolu Xəbər Agentliyi bu gün açıqladığı məlumatında razılığın İraqda səfərdə olan Türkiyə prezidenti Abdulla Güllə İraq rəsmiləri arasında imzalandığını bildirir. Türkiyənin ticarət naziri Kürşad Tuzmənə istinadən bildirilir ki, razılıq iki ölkəyə pulsuz sərhəd tranzitləri və tariflərin aradan qaldırılmasına imkan verir.

Cənab Tuzmən eləcə də Türkiyənin İraqa yeni 20 layihə təklif etdiyini bildirib ki, onların siyahısına xəstəxanaların tikintisi, yeni dəmir yollarının çəkilişi və İraqın neft yataqlarının birgə istismarı daxildir. Fransa Xəbər Agentliyinin bildirdiyinə görə, İraqın vitse-prezidenti Tariq Əl-Haşimi ilə prezident Gül Dəclə və Fərat çaylarının Türkiyədən İraqa axacaq suyunun həcminin iki dəfə artırılması barədə razılıq əldə edilib.

XS
SM
MD
LG