Accessibility links

Məhəmməd Bəradeyi prezident Obamanın İranla bağlı təklifini alqışlayıb


BMT-nin Atom Enerjisi Agentliyinin başçısı Məhəmməd Bəradeyi ABŞ prezidenti Barak Obamanın İrana diplomatiya təklifini alqışlayaraq, bunun çox mühüm bir məsələ olduğunu deyib. Cənab Bəradeyi prezidnet Obamanın İranla birbaşa, vasitəsiz və əvvəlcədən heç bir şərt irəli sürülmədən danışıqlar təklif etdiyinə inandığını bildirib. Ekvadorda səfərdə olan cənab Bəradeyi İranın da Vaşinqtona doğru əl uzadacağına ümid etdiyini deyib.

Reuter xəbər agentliyi cənab Bəradeiyə istinadən bildirir ki, prezident Obamanın bu jesti Yaxın Şərqdə təhlükəsizliyə müsbət təsir göstərə bilər. Birləşmiş Ştatlar, BMT və bir neçə Avropa dövləti İrana uran zənginləşdirilməsini dayandırması ilə əlaqədar təzyiqlər göstərir. Cənab Obama keçən həftə etdiyi çıxışında Amerika ilə İran arasında yeni münasibərlərin yaradılmasını təklif etmişdi.

XS
SM
MD
LG