Accessibility links

Barak Obama iqtisadi vəziyyətlə əlaqədar daha çox iş yerinin itirilə biləcəyini deyir


ABŞ prezidenti Barak Obama iqtisadiyyatın bu il "çətin vaxtlar yaşayacağını" deyib və vəziyyət düzələnə qədər daha artıq iş yerlərinin itiriləcəyini əvvəlcədən söyləyib. O bildirib ki, amerikalılar təmkinli olmalı və yeni iş yerlərinin yaradılması işində qətiyyət göstərməlidirlər. Cənab Obama bu açıqlamaları bu gün ABŞ-da işsizliyə görə müavinət almaq üçün müraciət edənlərin sayının yeni rekord həddə çatdığı haqda hesabatın açıqlamasından bir qədər sonra verib. Hökumətin hesabatında göstərilir ki, bir həftədən artıq müddətdə yardım üçün müraciət edənlərin sayı 5.6 milyona yaxındır.

XS
SM
MD
LG