ABŞ prezidenti Barak Obamanın Əfqanıstana səfir vəzifəsinə irəli sürdüyü namizəd sözlərinə görə, regionda Talıbanın əldə etdiyi nailiyyətlərin səbəbini başa düşmək üçün daha artıq əsgəri qüvvə, əlavə yardım və Pakistanla koordinasiya edilmiş yanaşma tələb olunur. General-Leytenant Karl Eykenberri Senatın Xarici Əlaqələr Komitəsinə bildirib ki, indiyə kimi mənbələr və səylər yetərli olmayıb. General Eykenberri deyib ki, ABŞ və NATO-nun əlavə qüvvələrinə ehtiyac var. O, beynəlxalq ictimaiyyəti Əfqanıstanın milli ordusu və polis qüvvələrinin gücləndirilməsi və genişləndirilməsi üçün daha çox yardım göstərməyə çağırıb.