Accessibility links

Bağdadın şiə məhəlləsində bomba hücumu həyata keçirilib


Bu gün Bağdadın şiələrin çoxluq təşkil etdiyi Şaab məhəlləsindəki ticarət mərkəzində maşına yerləşdirilmiş bomba partlayışı dördü uşaq olmaqla azı 20 nəfərin ölümünə səbəb olub. Rəsmilər 35 nəfərin də yaralandığını xəbər verir. Bu hücum Birləşmiş Ştatlar hərbi rəsmilərinin son 6 ildə İraqda hücumların sayının ən aşağı səviyyəyə düşdüyünü deməsindən bir gün sonraya təsadüf edir.

Rəsmilərin hücumların demək olar ki, hər gün baş verdiyini deməsinə baxmayaraq, hərbi qüvvələrin sözçüsü, mayor Deyvid Perkins son iki illdə zorakılıqların xeyli azaldığını bildirib. Sözçü 2007-ci ilin ortalarından bəri hücumların sayının 90% azaldığını deyib.

XS
SM
MD
LG