Çin və Mərkəzi Asiya ölkələrinin nümayəndələri sabah Moksvada Əfqanıstanda vəziyyəti müzakirə edəcək. Şanxay Əməkdaşlıq Təşkilatının konfransı Əfqanıstanda yeni strategiyanın hazırlanmasında Asiyanın da maraqlarının nəzərə alınmalı olduğuna dair siqnal kimi qiymətləndirilir.Rusiya, Çin, Qazaxıstan, Tacikistan, Qırğızıstan və Özbəkistanın nümayəndələrinin iştirakı ilə keçəcək konfransa İran və ABŞ nümayəndələrinin qatılacağı gözlənilir. Konfransda BMT Baş katibi Ban Ki Mun da iştirak edəcək.