Accessibility links

ABŞ prezidenti Barak Obama Əfqanıstan və Pakistana dair yeni strategiyasını açıqlayıb


ABŞ prezidenti Barak Obama Əfqanıstan və Pakistana dair yeni strategiyasını açıqlayıb. Yeni təşəbbüslərə Əfqanıstana əlavə minlərlə əsgəri qüvvə göndərilməsi və regional diplomatiyanın gücləndirilməsi daxildir. Bu gün Ağ Evdə çıxış edən prezident bildirib ki, Əfqanıstanda vəziyyət olduqca təhlükəlidir.

Barak Obama 7 il əvvəl Talibanın hakimiyyətdən salınmasından sonra ABŞ və NATO qüvvələri, habelə Əfqanıstan hökumətinə qarşı hücumların artdığını diqqətə çatdırıb. ABŞ dövlət baçısı 2001-ci il 11 sentyabr terror aksiyalarını həyata keçirən Əl-Qaidə və onun Əfqanıstan və Pakistandakı müttəfiqlərinin Amerika torpağında hücumlar həyata keçirməyi planlaşdırdıqlarını deyib. Barak Obama yeni strategiyanın məqsədinin Əl-Qaidənin məhvi olduğunu, onun müttəfiqlərinin Pakistandan çıxarılması və Əfqanıstanda yenidən qruplaşmasının qarşısının alınması olduğunu bildirib.

Prezident deyib ki, Pakistan sərhədlərində sığınacaq tapan terroristlər təkcə Amerika və Əfqanıstanın düşmənləri deyil, onlar Pakistan xalqına birbaşa təhlükədir.ABŞ prezidenti Əfqanıstanın silahlı qüvvələrinə təlimlər verilməsi üçün 4000 və gələn bir neçə ay ərzində daha 17000 əsgərdən ibarət hərbi qüvvənin Əgqanıstana göndəriləcəyini bəyan edib. Oktyabr ayınadək ABŞ-ın Əfqanıstandakı hərbi qüvvələrinin sayı 59000 nəfər olmalıdır.

Prezident Konqresi gələn beş il ərzində hər il Pakistan xalqına dəstək məqəsdi ilə 1.5 milyard dollarlıq yardım paketinin təsdiqinə çağırıb. Barak Obama deyib ki, bu vəsait məktəblər, yollar, xəstəxanaların inşası, Pakistanın demokratiyasının möhkəmləndirilməsinə sərf ediləcək. ABŞ prezidenti Barak Obamanın Əfqanıstan və Pakistana dair yeni strategiyası Əfqanıstan və pakistan hökumətləri tərəfindən alqışlanıb.

XS
SM
MD
LG