Accessibility links

Əfqanıstanda Taliban yaraqlılarına qarşı əməliyyatlar davam edir


Birləşmiş Ştatlar hərbi qüvvələrinin bildiridyinə görə, ABŞ və Afqanıstan həbçiləri Helmənd vilayətinin Ləşkər Qar mahalında Taliban yaraqlılarına qarşı həyata keçirdikləri əməliyyat zamanı 11 yaraqlı öldürülüb. Reyd zamanı bir yaraqlının da ələ keçirildiyi deyilir. Əfqanıstanın cənub bölgəsi, xüsusilə Helmənd vilayəti Taliban yaraqlılarının geniş fəaliyyət göstərdikləri bölgələrdir. Birləşmiş Ştatlar rəsmilərinin bildiridiyinə görə, kənd ağsaqqalları sakinlərin Taliban yaraqlılarına sığınacaq verməyə məcbur edildiklərini deyirlər. Əfqan rəsmiləri isə bildirirlər ki, dünən Taliban yaraqlıları bu bölgədəki polis məntəqəsi və polis konvoyuna hücum etmiş və nəticədə 9 polis işçisi qətlə yetirilmişdir.

XS
SM
MD
LG