Accessibility links

Əfqanıstan prezidenti Həmid Karzay ABŞ-ın yeni strategiyasını alqışlayıb


Əfqanıstan prezidenti Həmid Karzay ABŞ-ın Əfqanıstan və Pakistanla bağlı yeni strategiyasının xalqının ümid etdiyi kimi olduğunu deyib. Bu gün təşkil edilən mətbuat konfransı zamanı prezident planın gözlənildiyindən daha yaxşı olduğunu bildirib. Əfqan liderinin razılığı ABŞ prezidenti Barak Obamanın Əfqanıstana minlərlə əlavə əsgəri qüvvə göndərilməsi vəregional diplomatiyanın gücləndirilməsi planını açıqlamasından bir gün sonra səslənib.

ABŞ prezidenti Əfqanıstanın silahlı qüvvələrinə təlimlər verilməsi üçün 4000 və gələn bir neçə ay ərzində isə 17000 əsgərdən ibarət hərbi qüvvənin Əfqanıstana göndəriləcəyini bəyan edib. Oktyabr ayınadək ABŞ-ın Əfqanıstandakı hərbi qüvvələrinin sayı 59000 nəfər olmalıdır.

Plan Pakistan tərəfindən də alqışlanıb. Pakistanın baş naziri Yufis Raza Gilani deyib ki, Pakistan ərazilərindən terrorist fəaliyyətləri üçün istifadə edilməsinə yol verilməyəcək. Prezident Konqresi gələn beş il ərzində hər il Pakistan xalqına dəstək məqsədi ilə 1.5 milyard dollarlıq yardım paketinin təsdiqinə çağırıb.

XS
SM
MD
LG