Accessibility links

Şimali Dakota və Minnesotada daşqın olub


Kəskin soyuq hava ABŞ mərkəzi iki şəhərini təhlükə altına alan daşqın sularının axınını yavaşıdıb. ABŞ Milli Hava Xidməti Qırmızı çayın səviyyəsinin qalxacağını proqnozlaşdırır. Onlar suların 13 metr hündürlüyə çatacağı barədə xəbərdarlıq edir. Çayın səviyyəsi artıq rekord yüksəkliyə çatıb ki, bu da Minnesotada Murhed, Şimali Dakotada isə Farqo şəhərlərini suya qərq olmaq təhlükəsi ilə üzləşdirir. Könüllülər və təcili yardım işçilərinin köməyi ilə şəhərlərdə daşqın əleyhinə tədbirlər görülür. Ən azı 1,700 Milli Qvardiya əsgəri ərazidə patrul çəkir və su bəndlərinin möhkəmliyini yoxlayır. Minlərlə sakin daha yüksək ərazilərə evakuasiya edilib.
XS
SM
MD
LG