Sudan prezident Ömər əl-Bəşir həbsinə dair beynəlxalq orderin verilməsinə baxmayaraq, Ərəb Liqasının sammitində iştirak etmək üçün Dohaya gəlib. Qətərin paytaxtında keçiriləcək sammitin qarşılama komitəsinin üzvlərilə görüşən prezident Bəşir gülümsəyərək onları salamlayıb. Cənab Bəşir Beynəlxalq məhkəmənin Sudanın Darfur regionunda törədilən müharibə cinayətləri ilə əlaqədar bu ayın əvvəli onun həbsinə order verilməsinə rəğmən Dohaya səfər edib. Sabah başlayacaq sammitin gündəliyində orederin başlıca müzakirə obyekti olacağı gözlənilir. Müzakirələrdə əsas diqqət habelə İsrail-Fələstin münaqiləsi, habelə İranın regionda artan nüfuzu məsələlərinə yönələcək.