Accessibility links

Vaşinqton qlobal istiləşmə il mübarizə işinə sadiq qalır


ABŞ prezidenti Barak Obamanın iqlim məsələləri üzrə xüsusi nümayəndəsiTodd Stern deyib ki, rəsmi Vaşinqton qlobal istiləşmə problemilə mübarizə etmək əzmindədir, lakin deyib ki, məsələnin həlli asan deyil. Bu gün Almaniyada Bonn şəhərində ətraf mühit problemlərinə dair konfransın açılışında danışan Tod Stern BMT-nin bu ilin sonuna qədər qlobal iqlimə dair yeni müqavilənin hazırlanması səylərinə ABŞ-ın dəstəyini bildirib. Stern və dünyanın digər 147 ölkəsinin nümayəndəsi iki gün sürəcək Bonn konfransı zamanı dekabr ayında Danimarka paytaxtı Kopenhagendə hazırlanması başa çatdırılacaq yeni müqavilə üçün təklifləri müzakirə edirlər. Bu yeni müqavilə müddəti 2012-ci ildə başa çatacaq Kioto Protokolunu əvəz edəcək.

XS
SM
MD
LG